
Haqqımızda
“ESTET AGE” şirkəti bütün fəaliyyət göstərdiyi biznes sahələrində əsasən peşəkar sertifikasiyadan keçmiş dermatoloq ixtisaslı həkimlər, marketoloq və kosmetoloji preparatların böyük illər satış təcrübəsinə malik heyətdən ibarətdir. “ESTET AGE” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən tibb üzrə lisenziyalaşdırılmış “ACADEMY ESTET” dermatoloji və kosmetoloji klinika xidməti və farmasevtika sahəsində “BAKU FARMA” tibbi preparat və yağların marketinq və satışı ilə məşquldur və bu sahələrdə 10 ildən artıq təcrübəyə malikdir. Gözəllik baxım sahəsində “BUTA STUDİO” gözəllik salonu ümumi şirkət xidmət fəaliyyətinə daxil olaraq kosmetologiya, gözəllik və əczaçılıq sahəsində biznes fəaliyyətlərini əhatə edir.








