
ESTET AGE
"ESTET AGE" şirkəti bütün fəaliyyət göstərdiyi biznes sahələrində əsasən peşəkar sertifikasiyadan keçmiş dermatoloq ixtisaslı həkimlər, marketoloq və kosmetoloji preparatların böyük illər satış təcrübəsinə malik heyətdən ibarətdir. “ESTET AGE” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən tibb üzrə lisenziyalaşdırılmış “ACADEMY ESTET” dermatoloji və kosmetoloji klinika xidməti və farmasevtika sahəsində “BAKU FARMA” tibbi preparat və yağların marketinq və satışı ilə məşquldur və bu sahələrdə 10 ildən artıq təcrübəyə malikdir. Gözəllik baxım sahəsində “BUTA STUDİO” gözəllik salonu ümumi şirkət xidmət fəaliyyətinə daxil olaraq kosmetologiya, gözəllik və əczaçılıq sahəsində biznes fəaliyyətlərini əhatə edir.

“Academy Estet”
“Academy Estet” klinikası 2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən lisenziyalaşdırılmış özəl dermatokosmetoloji klinikadır.
Fəaliyyət sektorunda dermatokosmetoloji xidmətinə görə geniş pasiyent bazasına sahibdir. Peşəkar dermatoloq heyətinin mövcudluğu sayəsində klinikada həmçinin dermatokosmetologiya sahəsində təlim və təkmilləşdirmə proqramlarının tədrisinə malikdir.

BAKU FARMA
Özəl şirkət olaraq 2010-cu ildən Avropanın "Silvanols" və "Solepharm" farmaseptik şirkətlərinin Azərbaycanda eksklüziv distribyutoru kimi fəaliyyət göstərib və 2014-cü ildən idxal strategiyasından yerli istehsal strategiyasına keçərək farmaseptik soyuq sıxılmış yağların istehsalı və satışını təşkil edir. Əsas tərəfdaşlar "Sel Oil", "Avromed" və "Zeytun Farma" şirkətləridir.

BUTA STUDİO
Azərbaycan ornament sənətinin ən gözəl incilərindən biri olan “Buta”dan öz adını götürən salonumuz sizi Buta ecazkarlığı və füsunkarlığı ilə razı salacağından əmindir.
Məkanımız gözəllik-baxım sahəsində 12 ildən artıqdır ki, fəaliyyət göstərir və Azərbaycanda geniş əhatəli peşəkar xidmətə malikdir.
"Buta Studio" – Buta kimi ecazkar və füsunkar görünüş!
